Fransa millisinin və İtaliyanın "Milan" klubunun futbolçusu Teo Ernandes koronavirusa yoluxub.
“İki sahil” xəbər verir ki, UEFA Millətlər Liqasının oyunlarından sonra 24 yaşlı müdafiəçidən götürülmüş testin nəticəsi müsbət çıxıb. Karantinə alınan oyunçunun vəziyyətinin yaxşı olduğunu bildirilib.
Qeyd edək ki, Fransa yığması UEFA Millətlər Liqasının qalibi olub. Teo Ernandes "Milan"ın heyətində cari mövsüm 9 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib