"Transfermarkt" portalı 21-ci əsrdə ən çox het-trik edən futbolçuların siyahısını hazırlayıb.
“İki sahil” xəbər verir ki, sıralamada 11 oyunçu yer alıb. İlk pillədə Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldodur. Onun aktivində 58 het-trik var.
Argentina yığmasının və PSJ-nin oyunçusu Lionel Messi 2-cidir. İlk "3-lüy"ü Uruqvay millisinin və "Atletiko"nun futbolçusu Luis Suares qapayır.
1. Kriştiano Ronaldo - 58 het-trik
2. Lionel Messi - 55 het-trik
3. Luis Suares - 29 het-trik
4. Robert Levandovski - 26 het-trik
5. Neymar - 20 het-trik
6. Mario Qomeş - 18 het-trik
7. Klas - Yan Hunterlaar - 18 het-trik
8. Serxio Aquero - 18 het-trik
9. Zlatan İbrahimoviç - 17 het-trik
10. Harri Keyn - 15 het-trik
11. Edinson Kavani - 15 het-trik
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib