“Qalatasaray”ın yollarını ayırmağa hazırlaşdığı ilk futbolçu bəlli olub.
“İki sahil” xəbər verir ki, müdafiəçi Markao “cim-bom”la vidalaşmağa yaxındır.
25 yaşlı braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. Çünki Markaonun meneceri ilə “Palmeyras” rəhbərliyi arasında danışıqlar müsbət nəticələnib. Mərkəz müdafiəçisinin razılığını alan braziliyalılar İstanbul təmsilçisinə 10 milyon avroluq təklif göndərmək qərarına gəlib.
Klublar arasında razılığın əldə olunması gözlənilir. Çünki “Qalatasaray” rəhbərliyi də Markaonu satmaqda maraqlıdır.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib