"Barselona"nın icarə əsasıda "Beşiktaş"da çıxış edən futbolçusu Miralem Pyaniç İstanbul təmsilçisi ilə müqaviləni yeniləməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, sözləşməsi başa çatan kimi - iyun ayında Kataloniya klubuna qayıdacağını deyib: "Beşiktaş"ın təklifini düşünmək üçün cəmi 1 saat vaxtım var idi. "Barselona"da vəziyyətin mənim xeyrimə dəyişməyəcəyini bilirdim. Kuman da dəyişməyəcəkdi. "Beşiktaş"a keçəcəyim barədə qərar verəndə klub rəhbərliyi mənə zəng vurdu, qərarıma hörmətlə yanaşdıqlarını bildirdi. Mən iyun ayında "Barselona"ya qayıdacağam".
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib