Argentinalı hücumçu milli komandanın heyətində 80 qol vuran Cənubi Amerikada ilk futbolçu oldu.
“İki sahil” xəbər verir ki, bu əlamətdar hadisə 2022-ci il Dünya Çempionatının seçmə mərhələsinin Uruqvayla (3:0) oyununda baş verib.
Argentinalı oyunun 38-ci dəqiqəsində hesabı açıb. Bu, Argentina millisində 80-ci yubiley qolu olub. Bu nəticəni əldə etmək üçün Lionel 155 oyunda meydana çıxıb. Messi oyundan sonra rekorduna görə Cənubi Amerika futbol konfederasiyasının xüsusi mükafatını alıb.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib