Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin ikinci koronavirus testi neqativ çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə 24 yaşlı hücumçunun çıxış etdiyi Polşanın "Legiya" klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruq tvitterdə məlumat yayıb.
Onun sözlərinə görə, Varşava təmsilçisinin tibbi personalı Emrelinin təkrar test nəticəsinin mənfi olduğu qənaətinə gəlib: "Oyunçuya peyvənd vurulub, simptomları yoxdur. Biz situasiya ilə bağlı əlavə məlumat verəcəyik".
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib