Millimizin baş məşqçisi Canni de Byazi ölkəmizdəki serbiyalı mütəxəssislərlə - U-21-in çalışdırıcısı Milan Obradoviç, gənclərdən ibarət komandaların koordinatoru və U-16-nın baş məşqçisi Miloş Velebitlə münasibətlərindən danışıb.
"İki sahil" "Kurir"ə istinadən xəbər verir ki, o, Obradoviçlə çox yaxşı işlədiyini deyib: "Finlandiya ilə bugünlərdə heç-heçə bitən oyun onun futbolçularla yaxşı iş gördüyünə işarədir. Bəzən birlikdə brendi içirik. Onunla işləyən futbolçular tezliklə əsas komanda üçün hazır olacaq. Miloşa gəldikdə, onunla yaxşı işbirliyim var, amma ümumiyyətlə bir-birimizi işdə, AFFA binasında görürük”.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib