Sloveniyalı azarkeşlər evdə Rusiyaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra qonaq komandanın fanatlarına hücum edib.
“İki sahil” xəbər verir ki, insidentdən sonra rusiyalı azarkeşlərdən biri ciddi xəsarət alıb.
Bədənində müxtəlif sınıqlar olan şəxs gecəni Maribordakı xəstəxanalardan birində keçirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Rusiya millisi hazırda 19 xalla H qrupunda liderdir.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib