Niderland millisinin hücumçusu Memfis Depay yeni rekorda imza atıb.
"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, o, buna DÇ-2022-nin seçmə mərhələsində Cəbəllütariqə 6:0 hesabı ilə qalib gəldikləri matçda dubl edərək nail olub. 27 yaşlı oyunçu təqvim ilində yığmada 13 və 14-cü qollarına imza atıb. Bununla da, Depa Niderland millisində bir ildə ən çox qol vuran futbolçu olub.
Bundan əvvəlki rekord Patrik Klyuvertə (12 qol) məxsus idi.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib