Argentina millisinin hücumçusu Lionel Messi yığmanın qapıçısı Emiliano Martinezin oyununu qiymətləndirib.
“İki sahil” xəbər verir ki, ulduz futbolçu 29 yaşlı qolkiperi fenomenal oyunçu adlandırıb.
“O, özünü sübut etmək lazım gələndə, həmişə bu keyfiyyətini nümayiş etdirir. O, dünyanın ən yaxşı qapıçılarından biridir”, - deyə ulduz futbolçu vurğulayıb.
Xatırladaq ki, Argentina millisi 2022-ci il Dünya çempionatına vəsiqə qazanmaq uğrunda keçirilən seçmə oyunda Uruqvayı 3:0 hesabı ilə məğlub edib.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib