"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Liberiya ilə keçirilən oyunda iştirak edib.
O, 70-ci dəqiqədə meydana daxil olub. Görüş Kabo-Verde millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Kabo-Verde oktyabrın 7-də bu rəqibi ilə keçirilən görüşdə 1:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, bu nəticədən sonra Kabo-Verde 7 xalla 2-ci pillədə qərarlaşıb. Nigeriya 9 xalla qrup lideridir.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib