11 oktyabr 2021 04:22
853

UEFA Millətlər Liqası: Fransa çempion oldu

Oktyabrın 10-da UEFA Millətlər Liqasının "Dördlər finalı"nın qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, turnirin həlledici görüşündə İspaniya və Fransa yığmaları qarşılaşıb.

Milan şəhərindəki "San-Siro" stadionunda baş tutan görüş Fransa seçməsinin qələbəsi ilə başa çatıb - 2:1.

Fransa millisinin heyətində Kərim Benzema, Kilyan Mbappe, İspaniyadan isə Mikel Oyarsabal fərqləniblər.

Qeyd edək ki, İspaniya seçməsi yarımfinalda İtaliyanı 2:1, Fransa millisi isə Belçikanı 3:2 hesabı ilə üstələyib.

Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.