Yay transfer dönəmində "Qarabağ"dan Mahir Emrelini transfer edən "Legiya"nın hədəfində daha bir azərbaycanlı futbolçu olub.
"İki sahil" Offsideplus.az-a istinadən xəbər verir ki, Mahiri detallı şəkildə analiz etmək üçün "Qarabağ"ın oyunlarını izləyən klub təmsilçilərinin diqqətini daha bir həmyerlimiz - Elvin Cəfərquliyev çəkib.
Əldə etdiyimiz məlumata görə, Polşa təmsilçisi 21 yaşlı oyunçu üçün də hərəkətə keçməsinə baxmayaraq, "Qarabağ" son anda futbolçunu buraxmaqdan imtina edib və mayın sonunda cinah müdafiəçisi ilə 3 illik yeni müqavilə imzalayıb.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib