İspaniya millisinin baş məşqçisi Luis Enrike "Barselona"nın yarımmüdafiəçisi Qavinin yığmada debüt etməsini şərh edib.
“İki sahil” xəbər verir ki, 17 yaşlı oyunçu Millətlər Liqasının yarımfinalında dünən keçirilən İtaliya ilə matçda (2:1) 83 dəqiqə meydanda olub.Bununla da, o, İspaniya millisində oynayan ən gənc futbolçu olub.
Enrike Qavi ilə bağlı deyib: "O, sanki evinin həyətində oynayır. Bu, qeyri-adi haldır. Belə bacarıqlı futbolçu görmək çox xoşdur. O, milli komandanın həm bu günü, həm də gələcəyidir".
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib