"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubdan ayrıldıqdan sonra nə etmək istədiyi sualına cavab verib.
"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Vaxtı gələndə bir il tətil edəcəyəm. İstəsəm, bütün dünyanı görə bilərəm, amma vaxtım yoxdur. Mən gənc ata, orta səviyyəli oyunçu idim. Buna görə dünyanı görməyə vaxtım və pulum olmadığı üçün məşqçi oldum. O vaxtdan zamanım azaldı, amma daha çox pulum oldu.
"Liverpul"da daha üç ilim var və bu futbolda uzun müddətdir. Ümid edirəm ki, bu müddət ərzində maksimum uğur əldə edəcəyik".
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib