Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Norveçin paytaxtı Oslodakı dünya çempionatında mübarizəyə başlayacaq.
“İki sahil” xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionu Eldəniz Əzizli 1/8 final mərhələsində Koriun Sahradianla (Ukrayna) üz-üzə gələcək.
Ülvü Qənizadə 1/16 finalda İdris İbayevla (Almaniya), Sənan Süleymanov eyni raundda Kayratbek Tuqolbayevlə (Qırğızıstan), Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov (82 kq) isə Ranet Kaljola (Estoniya) ilə güləşəcək.
55 kq
1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)
72 kq
1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya)
77 kq
1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)
82 kq
1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)
Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib