İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Turan Bayramov gümüş medal qazanıb.
“İki sahil” xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan T.Bayramov (60 kq) final görüşündə Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olaraq gümüş medalla kifayətlənib.
Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılacaq.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib