Ukraynanın yunan-Roma güləşçisi Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarında qazandığını qızıl medalı satmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə feysbuk hesabında bildirib.
O, əldə etdiyi gəliri xeyriyyəçilik məqsədi ilə istifadə etməyi planlaşdırdığını vurğulayıb: "Tokiodan gətirdiyim qızıl medalımla bir çox insan şəkil çəkdirib. O, ölkəmizin şərəf və qürur mənbəyidir. Ukraynaya yeganə qızıl medalı qazandırdığım üçün şanslıyam. Amma bu medalın yalnız rəfdə yatmasını yox, faydalı olmasını istəyirəm. Hərrac keçirib onu satmağı və bütün gəliri xəstə uşaqlar üçün xeyriyyəçilik məqsədi ilə bağışlamağı düşünürəm".
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib