Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək.
“İki sahil” xəbər verir ki, A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq.
Yarımfinalın ilk oyununda İtaliya İspaniya ilə qarşılaşacaq. Milandakı "San-Siro" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında oktyabrın 7-də Belçika və Fransa yığmaları üz-üzə gələcək.
Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.
6 oktyabr
22:45. İtaliya - İspaniya
Milan, "San-Siro" stadionu
7 oktyabr
22:45. Belçika - Fransa
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib