Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu cari mövsüm 20 rəsmi oyuna çıxıb.
“İki sahil” xəbər verir ki, bunlardan 10-u avrokuboklara, 8-i Premyer Liqaya, 1-i ölkə kubokuna, digəri isə superkubokuna təsadüf edib.
Varşava təmsilçisi bu görüşlərdə 28 qol vurub ki, bunlardan 10-na Emreli imza atıb. 1 məhsuldar ötürmə ilə də yadda qalan 24 yaşlı hücumçu 11 qolda iştirak edib və bu göstəricidə komandasının lideridir.
"Legiya"da Tomaş Pekqart, Rafael Lopes və Ernest Muçi hərəyə 3 dəfə fərqlənə biliblər. 3 məhsuldar ötürmə verən Lopes 6 qolun vurulmasında iştirakçı olub.
Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib