05 oktyabr 2021 13:53
1014

"Milan" baş məşqçisindən razıdır

“Milan” baş məşqçisi Stefano Pioli ilə yeni müqavilə imzalamaq istəyir.

“İki sahil” xəbər verir ki, klub rəhbərliyi komandanın hazırkı durumundan razıdır. Ona görə də “Milan” yoluna Pioli ilə davam etmək niyyətindədir.  Klub 55 yaşlı mütəxəssislə yeni müqavilə imzalamağa hazırdır. 

Tərəflər arasındakı sözləşmə bu mövsümün sonuna qədərdir. 

Qeyd edək ki, “Milan” A seriyasının turnir cədbəlində 19 xalla 2-cidir.