Fransa polisi PSJ-nin futbolçusu Anxel Di Mariyanın evini qarət etməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
"İki sahil" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, onlar argentinalı yarımmüdafiəçinin villasından qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunurlar.
Hadisə bu ilin martında baş verib. 33 yaşlı oyunçunun Paris yaxınlığındakı evinə daxil olan cinayətkərlar seyfdən saatlar və 500 000 avrodan çox dəyəri olan qızıl -zinət əşyaları götürüblər.
Hazırda hər üç şübhəlinin saxlanıldığı və ifadə verdikləri bildirilib.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib