05 oktyabr 2021 11:23
827

Braziliyalı futbolçu hakimə hücuma görə həbs olunub

Braziliyanın Rio-Qrandi-du-Sul ştat çempionatında iştirak edən "SK San-Paulu" klubunun futbolçusu Uilyam Ribeyro hakimə hücum etdiyinə görə həbs olunub.

“İki sahil” xəbər verir ki, insident "Quarani" - "SK San Paulu" matçının 61-ci dəqiqəsində baş verib.

Futbolçu hakim Rodriqo Krivellaroya zərbələr endirib, zərbələr nəticəsində hakim huşunu itirib və xəstəxanaya çatdırılıb.

U.Ribeyro polis tərəfindən saxlanılıb. Ona qarşı ölümə cəhd ittihamı irəli sürülüb.