04 oktyabr 2021 13:47
729

"Bavariya"dan ilk məğlubiyyət

Almaniya Bundesliqasında 7-ci tura yekun vurulub. 

“İki sahil” xəbər verir ki, sonuncu oyun günündə üç matç keçirilib.

Lider “Bavariya” doğma meydanda “Ayntraxt”a 1:2 hesabı ilə uduzub. Bu, Münhen təmsilçisinin 2021/2022 mövsümündə ölkə çempionatında ilk məğlubiyyəti olub. “Bayer” isə səfərdə “Arminiya”nın qonağı olub və 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 16 xalla "Bavariya" başçılıq edir. "Bayer" 16 xalla 2-ci, Dortmund "Borussiya"sı 15 xalla 3-cüdür.

3 oktyabr

"Maynts" – "Union Berlin" - 1:2
Qollar: İnqvartsen, 39 – Avoniyi, 69, 73

"Bavariya" – "Ayntraxt" - 1:2
Qollar: Qoretska, 29 – Hinteregger, 32, Kostiç, 83

"Arminiya" – "Bayer" - 0:4
Qollar: Diabi, 18, Şik, 24, 57, Demirbay, 90+2