"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasında yeni rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. 58 yaşlı mütəxəssis buna 7-ci turda evdə "Empoli" ilə matçda nail olub. Onun komandası 2:0 hesabı ilə qalib gəlib. Nəticədə Mourinyo A Seriyasında ardıcıl 42-ci ev oyununda uduzmayıb. Bu, 1994/1995 mövsümündən sonra mütləq rekorddur.
Qeyd edək ki, Joze Mourinyo 2008 - 2010-cu illərdə "İnter"i çalışdırıb. O, bu yaydan etibarən "Roma"ya baş məşqçilik edir.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib