Kipr çempionatında 5-ci turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Etnikos” doğma meydanda “Aris”lə qarşılaşıb. Yarımmüdafiəçimizin komandası bu oyunda uduzub– 0:3.
Araz da görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 28-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Etnikos” turnir cədvəlində 1 xalla 12-ci sonuncu pillədə qərarlaşır.
Qol.az
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib