03 oktyabr 2021 17:28
779

U-21 millimizin heyətində dəyişiklik

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. 

"İki sahil" AFFA-nın saytına istinadən xəbər verir ki, “Keşlə” klubunun üzvü Elçin Mustafayev zədə səbəbindən heyətdən çıxarılıb, onun əvəzinə “Sabah”dan Abdulla Rzayev hazırlıq prosesinə dəvət olunub.