03 oktyabr 2021 14:21
798

Pike və Busqets mübahisə etdi

"Barselona"nın futbolçuları Jerar Pike və Serxio Busqets mübahisə ediblər. 

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Sözügedən oyunçular La Liqanın 8-ci turunda "Atletiko" ilə matçda buraxdıqları ilk qoldan sonra bir-birləri ilə yüksək səs tonunda danışıblar. Nəticədə tərəflər arasında mübahisə yaranıb. 

Qeyd edək ki, həmin matç Kataloniya klubunun 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.