Polşa çempionatında 9-cu turun oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Qurnik”lə qarşılaşıb. 23 yaşlı müdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.
Krivotsyuk da görüşdə iştirak edib. O, meydana 46-cı dəqiqədə daxil olub.
Qeydedək ki, “Visla” turnir cədvəlində 10 xalla 14-cü pillədə qərarlaşır.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib