03 oktyabr 2021 08:34
973

Benzema: Mbappe “kral klubu”nda çıxış edəcək

Madrid “Real”ının hücumçusu Kərim Benzema PSJ-nin hücumçusu Kilian Mbappenin “kral klubu”nda çıxış edəcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, Benzema deyib ki, bu barədə onun özü danışıb: 

"O, yeni nəsə istəyir. Nə vaxtsa “Real” üçün oynayacaq. Bilmirəm, bu nə vaxt baş verəcək, ancaq Mbappe “Real”da oynayacaq. Bu, vaxt məsələsidir."