Türkiyə Super Liqasında 8-ci tur davam edir.
2-ci oyun günündə 4 qarşılaşma keçirilib. “Konyaspor” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Kayserispor” evdə “Trabzonspor”a, “Göztəpə” isə bu tura qədər qələbəsiz olan “Girəsunspor”a uduzub. Son çempion “Beşiktaş” bu dəfə “Sivasspor”u qəbul edib. “Qara qartallar” doğma meydanda çətin qələbəyə seviniblər.
2 oktyabr
"Konyaspor" 1–1 "Alanyaspor"
Qol: Avazim, 87-öz qapısına – F.Aksoy, 49.
"Kayserispor" 1-2 "Trabzonspor"
Qol: Bassan, 41 – Bakasetas, 12; 60-pen.
"Göztəpə" 0–1 "Girəsunspor"
Qol: Diabate, 71-pen.
"Beşiktaş" 2–1 "Sivasspor"
Qol: G.Yalçın, 32; 69 – R.Yılmaz, 54-öz qapısına.
Qol.az
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib