Oktyabrın 2-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin yeddinci turunun oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, yeddinci turda Teymur Rəcəbov Maqnus Karlsenlə qarşılaşıb. Şahmatçımız dünya çempionuna 3:1 hesabı ilə qalib gəlib. Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Girini 2,5:0,5 hesabı ilə məğlub edib.
Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib