02 oktyabr 2021 21:20
919

“Neftçi” 3 xalı 3 qolla qazandı

Bu gün Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi” “Səbail”in qonağı olub.

“İki sahil” xəbər verir ki, matçın 26-cı dəqiqəsində hesabı açan Yusuf Laval qonaqları hesabda önə çıxarıb. Görüşün 45+1-ci dəqiqəsində Tiaqo Bezerranın qolu ilə "Neftçi" hesab arasındakı fərqi 2 topa çatdırıb. T.Bezerra qarşılaşmanın 78-ci dəqiqəsində dubl edərək hesab arasındakı fərqi 3 topa çatdırıb.

Oyunun 90+5-ci dəqiqəsində Nikolas Raysel “Səbail”in təsəlli qolunu vurub – 1-3.

Matç bu hesabla da başa çatıb.

2 oktyabr (şənbə)

19:15.“Səbail” 1–3 “Neftçi”

Qollar: Yusuf Laval, 26 (0:1), Tiaqo Bezerra, 45+1 (0:2),78 (0:3), Nikolas Raysel, 90+5 (1:3)

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev

“ASCO Arena”