Bakıya ilk dəfədir gəlirəm. Artıq şəhər turuna da çıxmışıq. Bakı çox gözəl şəhərdir. Həm şəhəri, həm də insanlarını çox sevdim.
“İki sahil” xəbər verir ki, bunu Bakıda təlim-məşq toplanışında olan bədii gimnastika üzrə Kosta-Rika yığmasının üzvü Emma Munoz Benavides deyib.
Gimnast bildirib: “Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm. Bura çox gözəldir, şərait isə inanılmaz dərəcədə möhtəşəmdir. Gələn il Mərkəzi Amerika Oyunlarında iştirak edəcəyəm. Bu hazırlıq prosesi mənim üçün çox vacibdir."
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib