02 oktyabr 2021 10:43
914

"Keşlə" "Sabah"a, "Səbail" "Neftçi"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun daha iki oyunu keçiriləcək.

İlk olaraq "Keşlə" "Sabah"ı qəbul edəcək. Matç saat 17:00-da başlayacaq. Daha sonra "Neftçi" "Səbail"in qonağı olacaq. Qarşılaşma saat 19:15-də start götürəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

2 oktyabr (şənbə)

17:00.“Keşlə” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
“ASK Arena”

19:15.“Səbail” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASCO Arena”

3 oktyabr (bazar)

19:00.“Qarabağ” – “Qəbələ”
“Azersun Arena”

1 oktyabr (cümə)

19:30.“Zirə” – “Sumqayıt” - 1:0 

Qol.az