Naməlum şəxslər Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin yaşadığı "La Royal Monceau" hotelini qarət ediblər.
"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki, cinayətkarlar binanın damından enərək içəri daxil olublar. Onlar aregentinalı hücumçunun qaldığı mərtəbənin üzərindəki 4 otaqdan pul və qiymətli əşyalar oğurlayıblar. Zərərin on minlərlə avro olduğu ehtimal edilir.
Ailəsi ilə birlikdə hoteldə yaşayan futbolçunun fərdi ev aldığı və tezliklə oraya köçəcəyi bildirilir.
Qeyd edək ki, Lionel Messi PSJ-yə bu ilin yayında azad agent kimi keçib.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib