01 oktyabr 2021 17:38
1098

UEFA Cüneyt Çakır və köməkçisini cəzalandırıb

UEFA türkiyəli FIFA referisi Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni cəzalandırıb.

“İki sahil” xəbər verir ki, buna onların İtaliyada "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının qrup oyununda səhvə yol vermələri səbəb olub.

Avropa futbol qurumu hər iki hakimi qitənin bir nömrəli klub turnirinin kənarlaşdırmaq barədə qərar qəbul edib.

Daha əvvəl Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli Çakırın idarəçiliyini tənqid edib.

Qeyd edək ki, "Atletiko"nun 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 29-cu dəqiqəsində "Milan"ın futbolçusu Frank Kessini meydandan qovub. O, görüşün sonlarında isə meydan sahiblərinin qapısına penalti təyin edib. Abdulkadir Bitigen həmin qarşılaşamada VAR hakimi olub.