"Qarabağ" futbol klubunun yarımmüdafiəçisi, braziliyalı Kadi UEFA Avropa Konfrans Liqasının ikinci turunun rəmzi komandasında yer alıb.
“İki sahil” xəbər verir ki, o, 8,6 xal toplayaraq ilk onbirliyə düşüb.
Xatırladaq ki, Kadi ötən gün "Qarabağ"ın "Omoniya" ilə matçında iki qola imza atıb. Oyun 4-1 hesabı ilə Ağdam təmsilçilərinin xeyrinə başa çatıb.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib