Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyunu sona çatıb.
“İki sahil” xəbər verir ki, Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşmada Ağdam klubu rəqibini 4:1 hesabı ilə məğlub edib.
Qolları "Qarabağ"dan Kadi Borges (52-ci, 94-cü dəqiqə), Ramil Şeydayev (73), Maksim Medvedev (79) , "Omoniya"dan isə Yan Letsayks (40) vurublar.
Görüşü şotlandiyalı FIFA referisi Bobbi Madden idarə edib.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib