30 sentyabr 2021 21:35
961

Mahir Emreli “Lester”ə qol vurdu  VİDEO

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki,  Varşava təmsilçisi  C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə “Lester”ini qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. 24 yaşlı hücumçunun start heyətdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, ilk turda Moskva “Spartak”ını 1:0 hesabı ilə məğlub edən “Legiya” hazırda C qrupunda liderdir. 

30 sentyabr

20:45. “Legiya” (Polşa) – “Lester” (İngiltərə)

***

Mahir Emreli matçın 31-ci dəqiqəsində oyunun və komandasının ilk qolunu vurub.