30 sentyabr 2021 21:30
904

"Qarabağ" "Omoniya"ya qarşı

Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki,  təmsilçimiz “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olacaq.

İlk turda Bakıda "Bazel”lə (İsveçrə)  qolsuz heç-heçə edən Ağdam klubu ilk səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacaq.

Nikosiyadakı GSP stadionunda keçiriləcək arşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

H qrupunun digər oyununda “Bazel” “Kayrat”ı (Qazaxıstan) qəbul edəcək.

30 sentyabr

Konfrans Liqası

H qrupu

23:00. “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Bobbi Madden (Şotlandiya)
Nikosiya. GSP stadionu

23:00 "Bazel" (İsveçrə) - "Kayrat" (Qazaxıstan)