30 sentyabr 2021 20:17
891

"Şerif"in qolkiperi həftənin oyunçusu seçilib

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu ada Moldova "Şerif"inin qapıçısı Yorqos Atanasiadis layiq görülüb.

Yunanıstanlı qolkiper səsvermədə Portuqaliya "Benfika"sından Darvin Nunyesi, Almaniya "Bavariya"sından Leroy Saneni, İtaliya "İnter"indən Milan Şkrinyarı geridə qoyub.

Qeyd edək ki, "Şerif" qrup mərhələsinin II turunda İspaniyada "Real Madrid"ə 2:1 hesabı ilə qalib gəlib.