Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.
“İki sahil” xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin ikinci turunda “Bavariya”nın “Dinamo Kiyev” komandasını 5:0 hesabı ilə məğlub etdiyi görüş polşalı hücumçu üçün əlamətdar olub. Qarşılaşmada dubl edən Robert Levandovski turnirdə meydana çıxdığı görüşlərdə ardıcıl 18 qələbə qazanan ilk futbolçu kimi tarixə düşüb.
Hazırda 6 xalla E qrupuna liderlik edən “Bavariya” qrup mərhələsinin birinci turunda səfərdə “Barselona”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komanda üçüncü turda Portuqaliyada “Benfika”nın qonağı olacaq.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib