30 sentyabr 2021 11:26
803

Pekin olimpiadası xarici azarkeşlərsiz keçiriləcək

Pekində 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunları üçün biletlər yalnız Çin vətəndaşları üçün satılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bilet almaq istəyənlər daha sonra formalaşdırılacaq koronavirus əleyhinə protokolların tələblərinə riayət etməlidirlər. Pekin Olimpiadası fevralın 4-dən 20-dək keçiriləcək.