30 sentyabr 2021 11:10
789

ÇL-də həftənin ən yaxşı futbolçusu kim olacaq?

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər sırasında"Benfika"dan Darvin Nunyes, "Bavariya"dan Leroy Sane, "İnter"dən Milan Şkrinyar və "Şerif"dən Yorqos Atanasiadis yer alıb. 

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək qalibi müəyyənləşdirəcəklər.