30 sentyabr 2021 09:45
777

Əcnəbi azarkeşlər "Pekin-2022"yə buraxılmayacaqlar

"Pekin-2022" Qış Olimpiya Oyunları çərçivəsində yarışlara bilətləri yalnız Çinin qitə hissəsinin sakinləri ala biləcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytında bildirilir.

Məlumata əsasən, ölkə hakimiyyəti yarışlara xarici azarkeşləri buraxmamaq qərarına gəlib. Yarışlara baxmaq istəyən idmansevərlər koronavirusa qarşı protokolların tələblərinə cavab verməli olacaqlar. Protokolların ətraflı müddəaları daha sonra formalaşdırılacaq.

Qeyd edək ki, "Pekin-2022" Qış Olimpiya Oyunları 4-20 fevral tarixlərində keçiriləcək.