“İki sahil” xəbər verir ki, nüfuzlu “France Football” jurnalı dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq “Qızıl top” mükafatının verilmə tarixini açıqlayıb.
Mükafata namizəd olan futbolçuların siyahısı oktyabrın səkkizində açıqlanacaq. 2021-ci ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimi isə 29 noyabrda baş tutacaq. Məlumat üçün qeyd edək ki, 2020-ci ildə “Qızıl top”un təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən keçirilməmişdi.
Keçən il bu mükafata Münhen “Bavariya”sının hücumçusu Robert Levandovski layiq görülüb.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib