Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Real"la matç "Şerif" üçün əlamətdar olub.
“İki sahil” xəbər verir ki, Tiraspol təmsilçisi "kral klubu"nu 2:1 hesabı ilə məğlub edib. Nəticədə "Şerif" Madrid təmsilçisi üzərində turnirdəki ilk ev matçında qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Daha əvvəl buna 1962-ci ildə "Yuventus", 2006-cı ildə "Arsenal" və 2009-cu ildə "Liverpul" nail olub.
Qeyd edək ki, "Şerif" hazırda D qrupunda 6 xalla liderdir.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib