29 sentyabr 2021 03:34
870

"Real" Bastonini ilə danışıq aparır

"Real" müdafiə xəttini güncləndirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, Madrid klubu "İnter"in müdafiəçisi Alessandro Bastonini heyətə cəlb etmək istəyir.

Baş məşqçis Karlo Ançelottinin futbolçu ilə şəxsən danışıq apardığı bildirilib. Qeyd edək ki, İtaliya millisinin də üzvü olan 22 yaşlı müdafiəçi 2017-ci ildən Milan təmsilçisində çıxış edir.