UEFA Avropa Liqasının Feysbukdakı rəsmi səhifəsi sentyabrın 27-də axşam İrəvanın şəkli ilə "Şəhərin adını çəkin" deyə bir paylaşım edib.
“İki sahil” xəbər verir ki, bu şəkil geniş müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, paylaşıma yazılan minlərlə şərh arasında azərbaycanlıların yazdıqları daha çoxluq təşkil edib. Cavablarda ümumi fikir belə olub: "İrəvan, Qərbi Azərbaycandır".
Bu cavablar isə ermənilərin hiddətinə səbəb olub.
Qeyd edək ki, UEFA Avropa Liqasının Feysbukdakı rəsmi səhifəsi tez-tez Avropanın müxtəlif şəhərlərinin şəkillərini paylaşaraq izləyicilərinə bənzər sual verir.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib